Nokia 1110i - Nokia batareyasının identifikasiyası qaydaları

background image

Nokia batareyasının identifikasiyası

qaydaları

Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını

istifadə edin. Orijinal Nokia batareyasını aldığınıza əmin

olmaq üçün batareyanı səlahiyyətli Nokia dilerindən alın,

aşağıdakı addımları tətbiq edərək paketin üzərində Nokia

Orijinal Aksesuarlar Loqosunu və holoqram etiketini

yoxlayın:
Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın

orijinallığının tam təsdiqi deyil. Əgər batareyanın orijinal

Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu

istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda

olan səlahiyyətli Nokia xidmət şəbəkəsinə və ya dilerinə

background image

43

Batareya haqqında məlumat

müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və

ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın

orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.

Orijinal holoqram

Etiketdə olan holoqrama

baxarkən siz bir bucaqdan

Nokianın birləşdirən əllər

simvolunu, digər bucaqdan

isə Nokia Orijinal Aksesuarlar

loqosunu görməlisiniz.

Holoqramı sol tərəfə əydikdə siz

hər tərəfdə müvafiq olaraq 1, 2, 3

və 4 nöqtə görməlisiniz.

1.

2.

background image

44

Batareya haqqında məlumat

Etiketin qırağını cızın və

20rəqəmli kodu tapın, misal

üçün 12345678919876543210.

Batareyanı elə çevirin ki nömrələr

yuxarı düşsün. 20rəqəmlı kod

yuxarı cərgədə olan nömrədən

başlayaraq aşağı cərgəyədək

oxunur.
www.nokia.com/batterycheck

ünvanında olan göstərişlərə

riayət edərək 20rəqəmli kodun

həqiqiliyini təsdiq edin.

Mətn mesajı yaratmaq üçün 20 rəqəmli kodu daxil edin,

məsələn: 12345678919876543210, və +44 7786 200276

göndərin.
Milli və beynəlxalq operator xərcləri əlavə ediləcəkdir.
Siz kodunuzun doğruluğunu təyin edə biləcək mesaj

almalısınız.

3.

4.

background image

45

Batareya haqqında məlumat

Batareyanız orijinal deyilsə?
Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu

etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə,

batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün

yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə

aparın. Istehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın

istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun

aksesuarlarına zərər vura bilər. Həmçinin bu hal cihaza

tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən

düşməsinə səbəb ola bilər.
Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat

üçün www.nokia.com/battery baş çəkin.

background image

46

Aksessuarlar