Batareyanın doldurulması və
boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya
üç tam doldurulma və boşaldılma dövründən sonra əldə
edilir. Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər
lakin vaxt keçdikcə batareya köhnəlir. Danışma və gözləmə
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları
istifadə edin və batareyanızın doldurulması üçün yalnız
Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə
tutulmuş batareya dolduran qurğulardan istifadə edin.
Dəyişdirilmiş batareya ilk dəfə telefona qoşulursa, yaxud
uzun müddət işlənilməyibsə, onu adapter vasitəsilə elektrik
cərəyanına qoşun və sonra ayırın və yenidən enerji
toplamaq üçün elektrik cərəyanına qoşun.
Batareyani dolduran qurğu istifadə edilmədikdə, onu
elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş
■
41
Batareya haqqında məlumat
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın,
çünki normadan artıq batareyanın doldurulması onun
istehlak müddətini azalda bilər. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın
doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi
üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin.
Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran
qurğudan istifadə etməyin.
Batareyanın qısaqapanmasına yol verməyin. Təsadüfi qısa
qapanma dəmir pul, sıxac və ya qələm kimi metal əşyalar
birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində
metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat
batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş
verə bilər. Terminalların qısaqapanması batareyaya və ya
əlaqədə olan əşyaya zərər verə bilər.
Yayda və ya qışda bağlı avtomobil kimi isti və soyuq
yerdə saxlanılması batareyanın keyfiyyətinə və istehlak
müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C
(59°F and 77°F) arasında olan hərarət dərəcəsində
saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta
42
Batareya haqqında məlumat
tam doldu olsa belə, müvəqqəti işləyə bilmir. Batareyanın
iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə
xüsusilə məhdud olur.
Partlamaya səbəb ola biləcəyi üçün batareyaları oda
atmayın. Batareyalar zədələndikdə də partlamaya səbəb
ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv
edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün
istifadə edin. Ev tullantısı kimi atmayın.