Baxım və texniki qulluq
Baxım və texniki qulluq
Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur
və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı təkliflər
sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ
mayelər və ya nəmliklərin tərkibində minerallar ola bilər.
Bu minerallar elektron sxemləri körlaya bilər. Cihazınız
nəm olmuşdursa, batareyanı çıxarın və onu təkrar
yerinə qoyana qədər cihazın tam qurumasını təmin
edin.
Cihazdan tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun
hərəkət edən hissələri və elektron komponentləri
zədələnə bilər.
Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron
cihazların istehlak müddətini qısalda, batareyanı
zədələyə və müəyyən plastikləri əyə və ya əridə bilər.
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə
qayıtdıqda onun içərisində rütubət əmələ gələ və
elektron sxemləri zədələyə bilər.
Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
•
•
•
•
•
4
Baxım və texniki qulluq
Cihazı yerə salmayın, taqqıldatmayın və ya
silkələməyin. Kobud rəftar daxili montaj platasını və
dəqiq mexanika elementlərini qıra bilər.
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan,
təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə
etməyin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya
və müvafiq əmələyyatlara mane ola bilər.
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenalardan istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların
istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının
istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb
ola bilər.
Batareyanı bağlı otaqda doldurun.
Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə
saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim
qeydləri kimi) surətini çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya
hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli
xıdmət şəbəkəsinə aparın.
•
•
•
•
•
•
49