Sizin təhlükəsizliyiniz üçün
Sizin təhlükəsizliyiniz üçün
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl
olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha
ətraflı məlumat üçün istifadəçinin təlimatının təm mətnini
oxuyun.
TELEFONU TƏHLÜKƏSIZ IŞƏ SALIN
Simsiz telefonların istifadəsi qadağan edilidiyi
yerlərdə və ya bunun nəticəsində maneə və ya
təhlükə törədilə bilərsə, telefonu işə salmayın.
İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSIZLIYI QAYDALARI
RIAYƏT OLUNMALIDIR
Bütün yerli qanunlara riayət edin. Avtomobili
idarə edərkən əllərinizi idarə üçün boş saxlayın.
Avtomobili idarə edərkən siz ilk növbədə yol
təhlükəsizliyi qaydalarını düşünməlisiniz.
MANEƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilir
və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.
XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb
avadanlığının yanında söndürün.
7
Sizin təhlükəsizliyiniz üçün
TƏYYARƏDƏ TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Simsiz
telefonlar təyyarələrdə maneələrə səbəb ola bilir.
YANACAQ DOLDURARKƏN TELEFONU SÖNDÜRÜN
Telefonu yanacaq doldurma stansiyasında
istifadə etməyin. Telefonu yanacaq və kimyəvi
maddələrin yanında istifadə etməyin.
PARTLAYIŞ IŞLƏRI APARILARKƏN TELEFONU
ISTIFADƏ ETMƏYIN
Bütün məhdudiyyətlərə riayət edin. Partlayış
prosesi zamanı telefonu istifadə etməyin.
MƏQSƏDƏ MÜVAFIQ ISTIFADƏ EDIN
Telefondan məhsulun sənədində göstərilən
normal vəziyyətdə istifadə edin. Zəruri olmadıqda
telefonun antenasına toxunmayın.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu
məhsulu quraşdıra və ya təmir edə bilər.
AKSESUARLAR VƏ BATAREYALAR
Yalnız təsdiq edilmiş qurğuları və batareyaları
istifadə edin. Uyğun olmayan məhsulları
qoşmayın.
Sizin təhlükəsizliyiniz üçün
SUYA DAVAMLILIQ
Sizin telefon suya davamlı deyil. Onu quru
vəziyyətdə saxlayın.
REZERV SURƏTLƏR
Telefonun yaddaşında saxladığınız bütün zəruri
məlumatın rezerv surətlərini çıxarmağı və ya
yazılı qeyd etməyi unutmayın.
DİGƏR CİHAZLARA QOŞULMASI
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı
ətraflı məlumatı əldə etmək üçün onun istifadə
təlimatını oxuyun. Uyğun olmayan məhsullara
qoşulmayın.
TƏCİLİ YARDIM ZƏNGLƏRİ
Əmin olun ki, telefon işə salınmışdır və
şəbəkədədir. Ekranı təmizləmək və başlanğıc
vəziyyətə qayıtmaq üçün son düyməsini tələb
olunan qədər basın. Təcili yardım nömrəsini daxil
edin və zəng düyməsini basın. Öz yerinizi bildirin.
İcazə verilənədək zəngi bitirməyin.
9
Sizin təhlükəsizliyiniz üçün
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və
GSM 1800 şəbəkələrində istifadə üçün təsdiq edilmişdir.
Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün
xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazın imkanlarından istifadə edərkən qanunvericiliyə
riayət edin və digər şəxslərin səxsi həyat və qanuni
hüquqlarına hörmət edin.
Xəbərdarıq: Zəngli saat istisna olmaqla bu cihazın
bütün imkanlarının istifadəsi üçün telefon işə
salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə
törədə biləcəyi yerlərdə telefonu işə salmayın.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə
ehtiyacınız var. Bu cihazın imkanlarının əksəriyyəti
simsiz şəbəkənin imkanlarından asılıdır. Bu şəbəkə
xidmətləri bütün şəbəkələrdə olmaya bilər və ya şəbəkə
xidmətlərinin istifadəsi üçün Siz xidmət provayderinizlə
müvafiq razılıq əldə etməlisiniz. Sizin xidmət provayderiniz
onların istifadəsi üşün Sizə əlavə göstərişlər və tətbiq
■
■
10
Sizin təhlükəsizliyiniz üçün
ediləcək qiymətlər haqqında məlumat verə bilər. Məyyən
şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə təsir
edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal üçün,
dildən asılı olan simvollar və xidmətlər müəyyən şəbəkələr
tərəfindən təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda
quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin
və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Həmçinin Sizin cihazınız
xüsusi konfiqurasiyaya malik ola bilər. Bu konfiqurasiya
menyu adlarında, menyu sırasında və nişanlarda
dəyişiklikləri əhatə edə bilər. Daha ətraflı məlumat üçün
xidmət provayderinizə müraciət edin.
Yükləyənlər və aksesuarlar
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı
qurğusundan ayırın.
Bu cihazda istifadə etməmişdən əvvəl hər hansı enerji
qurğusunun model nömrəsini yoxlayın. Bu cihazla istifadə
etməzdən əvvəl batareyanı dolduran qurğunun model
nömrəsini yoxlayın. Bu cihaz AC-2, ACP-7 və ya ACP-12
■
11
Sizin təhlükəsizliyiniz üçün
enerji qurğularından təchiz edildikdə istifadə üçün nəzərdə
tutulmuşdur.
Xəbərdarlıq: Yalnız Nokia tərəfindən təsdiq
edilmiş batareyaları, batareya dolduran qurğuları
və aksesuarları bu xüsusi modeldə istifadə
edin. Hər hansı digər növün istifadəsi təminat
və zəmanətlərin qüvvədən düşməsinə səbəb və
təhlükəli ola bilər.
Təsdiq edilmiş qurğuların mövcudluğuna dair məlumat əldə
etmək üçün dilerinizlə əlaqə saxlayın.
12