Təhlükəsizliklə bağlı əlavə məlumat
Təhlükəsizliklə bağlı əlavə
məlumat
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər.
Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
İş mühiti
İstənilən ərazıdə qüvvədə olan xüsusi qaydalara riayət edin
və cihazın istifadəsi qadağan edildiyi yerlərdə və ya istifadə
maneçilik və ya təhlükə yarada biləcəyi hallarda cihazı
söndürün. Cihazdan yalniz normal iş vəziyyətində istifadə
edin. Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda,
həmçinin bədəndən ən azı 1,5 santimetr (0,6 düym)
məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Bədən
üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və tutcaq
istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz
bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu
cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən
hallarda belə əlaqə təmin edilməyincə faylların və
■
50
Təhlükəsizliklə bağlı əlavə məlumat
ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın
göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən
ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə
bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri
cihazın yanında qoymayın, çünki onlarda olan məlumat
silinə bilər.
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların
işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi
qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək
və istənilən suallarla bağlı həkim və tibb cihazının
istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar
yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi
barədə elan vurulubsa, bu tələbə əməl etmək lazımdır.
Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə
həssas olan avadanlıqdan istifadə edə bilər.
■
51
Təhlükəsizliklə bağlı əlavə məlumat
Kardiostimulyator
Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki,
kardiostimulyatora potensial müdaxiləni istisna etmək üçün
simsiz telefonla kardiostimulyator arasında ən azı 15,3 sm
(6 düym) məsafə saxlanılmalıdır. Bu tövsiyyələr Simsiz
Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları
və tövsiyyələri ilə uyğundur. Kardiostimulyator daşıyan
şəxslər:
Həmişə cihazı kardiostimulyatordan 15,3 sm (6 düym)
aralı saxlamalıdırlar
Cihazı döş cibində daşımayın
Müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün
cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə
tutmalıdırlar.
Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən
aralayın.
Qulaq aparatları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə
təsir edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət
provayderinizdən məsləhət alın.
•
•
•
52
Təhlükəsizliklə bağlı əlavə məlumat
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya
düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi
sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri,
elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri
kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı
məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş
avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət
göstərə bilər və cihazı avtomobildə quraşdıra bilər.
Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və
bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən
düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz
cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini
mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları
və partlayıcı maddələri cihazın, onun hissələrinin və
aksesuarlarının daşındığı bölmədə saxlamayın və
daşımayın. Hava balışı ilə təchiz edilmiş avtomobillərlərlə
bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir.
Hava balışının olduğu və ya açılacağı ərazıdə əşyaları,
o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı
yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın
■
53
Təhlükəsizliklə bağlı əlavə məlumat
düzgün quraşdırılmaması və hava kisəsinin şişməsi ciddi
xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir.
Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz
telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və
qeyri-qanuni ola bilər.
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu
söndürün və bütün işarələrə və göstərişlərə riayət
edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən
avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən
ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya
yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta
ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan
qaz nasosları yanacaq stansiyalarında söndürün. Yanacaq
depolarında, saxlama və paylama məntəqələrində,
kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən
ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış
atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar
qeyd edilirlər. Bu qeydlər gəmilərin aşağı göyərtələrində,
kimyəvi preparatları daşıyan və saxlayan avadanlıqda,
■
54
Təhlükəsizliklə bağlı əlavə məlumat
mayeləşdirilmiş neft qazını (propan və butan kimi) istifadə
edən avtomobillərdə və havasında kimyəvi preparatlar və
dənəcik, toz və ya metal toz kimi hissəciklər olan ərazilərdə
göstərilir.
Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz
telefonlar radio siqnalları, simsiz şəbəkələri,
daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün
proqramlaşdırılmış funksiyaları istifadə edərək
işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə
əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım
kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz
cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq
siqnal intensivliyini yoxlayın.
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartının cihaza
düzgün salınmasını tələb edə bilər.
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək
üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
■
1.
2.
55
Təhlükəsizliklə bağlı əlavə məlumat
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil
edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq
fərqlənir.
Zəng düyməsini basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən
əvvəl həmin elementlərin söndürülməsi tələb oluna bilər.
Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət
provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı
mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz
cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə
verilənədək zəngi bitirməyin.
Sertifikatlaşdırma məlumatı (XAD)
BU CİHAZ RADİO DALĞALARINA MƏRUZ QALMA
İLƏ BAĞLI BEYNƏLXALQ RƏHBƏR PRİNCİPLƏRİN
TƏLƏBLƏRİNƏ CAVAB VERİR.
Sizin mobil telefon radio siqnallarının ötürücüsü və
qəbuledicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən
tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini
aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir.
Bu təlimat müstəqil elmi təşkilat (ICNIRP) tərəfindən tərtib
3.
4.
■
56
Təhlükəsizliklə bağlı əlavə məlumat
edilib və yaşından, sağlamlığından asılı olmayaraq, bütün
şəxslərin müdafiəsini təmin edəcək təhlükəsizlik həddini
nəzərə alır.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi
Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi
istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş
SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma
ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş
tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc
səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində
keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal
dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə
əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm
bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə
baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan
asılıdr. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan
keçirilərkən ən yüksək XAD dərəcəsi 0,78 V/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR
dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən
və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri
fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda
məlumatın ardınca www.nokia.com. saytında verilə bilər.